Aksiyalar Ermənistan hakimiyyətinin qanunsuzluqlarını əks etdirir

Aksiyalar Ermənistan hakimiyyətinin qanunsuzluqlarını əks etdirir

Ermənistanın ikinci prezidentinin tərəfdarları hökumət binası qarşısında etiraz aksiyası keçirirlər. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Robert Koçaryanın aksiyaya toplaşan tərəfdarları, “biz nə etmək istəyirik, onu da edirik”, deyirlər. Aksiya iştirakçıları "Köçəryan - qəhrəman!", "Prezident Köçəryan - qələbə" plakatları ilə hökumət binası qarşısında toplaşıblar. Polisin dünən onları qovduğunu da aksiya iştirakçıları gizlətməyiblər.
"Küçədə gəzirdik və birdən arxamızda bəzi naməlum qüvvələr göründü. Sonra onlar əl qandallarından istifadə edərək hamını polis bölməsinə apardılar", deyə Robert Köçəryanın tərəfdarlarından biri bildirib.
Onun sözlərinə görə, polisin hərəkətləri əsassız və qanunsuz olub. Digər bir Koçaryan tərəfdarı və aksiya iştirakçısı, dünən polisin onları qorxutmaq üçün bu addımı atdığını deyib və biz nə etmək istəyirik, onu da edirik deyə bildirib.
Göründüyü kimi, aksiyalar Ermənistan üçün adi hal alıb və indi bu işğalçı ölkədə aksiyaçılar idarəedilməz kütləyə çevrilib. Daha dəqiq desək, aksiyalar Ermənistan hakimiyyətinin qanunsuzluqlarını əks etdirir deyə artıq davamedici xarakter alıb və ardıcıllığı da bu səbəbdəndir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə