25 iyul saat 15:50 radələrində, Yerevan şəhəri, Zoravar Andranik küçəsindəki 119 nömrəli evin girişində 10-cu mərtəbədə qaz balonunun alışması barədə 911 xidmətinə zəng daxil olub. SİA Ermənistana məxsus 1in.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Bildirişdə deyilir ki, məlumat daxil olduqdan sonra Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə-xilasetmə qrupu hadisə yerinə yola düşüb. Araşdırma nəticəsində qaz silindrindən çıxan 3 kq qazın yanması məlum olub. Mənzilin 1961-ci il təvəllüdlü sakini Elmi Radiasiya Tibb Elm Mərkəzində yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, müvafiq tibbi yardım göstərilib. Xilasedicilər qaz silindrinin tamamilə boşalmasına qədər hadisə yerində növbə çəkiblər.
Görünür, Ermənistanda təbii qazla bağlı problem durmadan artır və çox güman ki, abonentlər qazla bağlı ölkənin yaşadığı problemlərin fonunda qaz silindrlərindən istifadəyə üstünlük verirlər. Bu isə öz növbəsində fəsadlara yol açır. Əslində, təbii qazla bağlı Ermənistanın aşıb-daşan problemləri hələ də həll edilməmiş qalır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB