Çoxları KİV ilə əlaqəli bir vəziyyəti təqdim edərkən onu şişirdilmiş şəkildə yayımlamaqda ittiham edilirlər. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu media eksperti Aqasi Yenokyan deyib. Həmçinin məlumatda qeyd olunur ki, jurnalistlərlə görüşdə, media ekspert mövcud vəziyyətin normal olmadığını söyləyib.
“Medianın qaralara və ağlara ayrılması problem yaratdı, çünki media azadlığı və ifadə azadlığının ən vacib qarantiyası media birliyidir. Qaralara və ağlara bölünəndə medianın birliyi pozulur ”, deyə Aqasi Yenokyan bildirib.
Yenokyan, hazırki keçid şəraitində mediaya təhdidlərin olduğunu və əmlakın yenidən bölüşdürülməsinin ilk növbədə mediaya təsir edəcəyindən qorxduğunu da gizlətməyib.
“Media olduqca incə və çox zəngin olmayan təşkilatlardır və mediaya qarşı məhkəmə iddiaları qaldırıldıqda, bu, medianın çox həssas olduğu əlavə vaxt və pul itkisi deməkdir. Bunlar mediaya təzyiq göstərmək cəhdləridir “, deyə media ekspert narazılığını ifadə edib.
Media eksperti Aqasi Yenokyan proseslərin mərkəzində medianı susdurmaq cəhdinin olduğunu da çəkinmədən söyləyib. “Televiziya və radio haqqında” yeni qanun layihəsinə də toxunana Ağasi Yenokyan qeyd edib ki, bu layihənin özündə belə təhdidlər görünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB