Armen Sarkisyanın Ermənistandakı potensialı tam reallaşdırılmır və bunun səlahiyyətlərinin konstitusiya məhdudiyyəti ilə əlaqəli həm obyektiv, həm də yeni hökumətin göstərdiyi qısqanclıq və Armen Sarkisyanın şəxsiyyətinə etimadsızlıq səbəbindən subyektiv səbəbləri var. SİA Ermənistana məxsus 1in.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan ” partiyasının deputatı Arman Babacanyan deyib.
“Əslində, bir tərəfdən Armen Sarkisyan tamamilə tək, siyasi dəstək olmadan fəaliyyət göstərir, digər tərəfdən icra hakimiyyəti ilə qarşılıqlı əlaqə yoxdur. Son bir il yarım ərzində baş nazir Nikol Paşinyan və prezident Armen Sarkisyan arasındakı münasibətlər bir neçə protokol görüşü ilə məhdudlaşıb.
Prezident və Baş nazir ofisləri arasında ortaq layihələr istiqamətində qarşılıqlı fəaliyyət, əməkdaşlıq, iş nümunələri məlum deyil. Hazırkı hökumət və hakim siyasi komanda Armen Sarkisyana rəqib kimi yanaşır. Əgər ona tərəfdaş kimi davransaydı, bu halda onun potensialından istifadə effektivliyi bir neçə dəfə çox olardı.
Görünür, Ermənistanda hakimiyyət qısqanclığı və etimadsızlıq hökm sürür və bunun onlar üçün acı nəticələr verəcəyini yaxşı bilir, eyni zamanda etiraf da edirlər", deyə deputat bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB