Beynəlxalq Münasibətlər Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib
Bakı Biznes Mərkəzində Beynəlxalq Münasibətlər Şurasının İdarə Heyətinni növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, işgüzar şəraitdə keçən tədbirdə, Şuranın hal-hazırda həyata keçirdiyi layihələrin gedişatı haqda hesabatlar dinlənilmiş, 2011-ci il üçün fəaliyyət planı müzakirə edilib.
Cari fəaliyyətin müzakirəsi zamanı qeyd olunub ki, 15 Fevral 2011-ci il tarixindən etibarən Azərbaycan Diplomatiya Akademiyası ilə birlikdə həyata keçiriləcək layihə - "Tədqiqat metodologiyası və akademik yazı" təlimi üçün 100 nəfərə yaxın ərizəçi müraciət etmiş, onlardan 27 nəfər seçilib. Təlimin keçirilməsi üçün təlimçilər və bütün infrastruktur hazır vəziyyətə gətirilib.
Həmçinin "Azərbaycan və qlobal güc mərkəzləri" mövzusu ətrafında 25 Fevral 2011-ci il tarixində keçiriləcək dairəvi masa və ölkəmizdə magistr elmi dərəcəsi üzrə təhsil alan gənclər arasında "Azərbaycan: müstəqilliyin 20 illiyi" adı altında 20 May 2011-ci il tarixində başlanacaq tədqiqat müsabiqəsi üzrə hazırlıq işləri barədə müzakirələr aparılıb. Beynəlxalq münasibətlər elm sahəsində fundamental tədris materiallarından biri olan "İntroduction to international relations: theories and approaches" (R.Jackson və G.Sorensen) kitabının Şuranın dəstəyi ilə tərcüməsi 2011-ci ildə həyata keçiriləcək işlər arasında əhəmiyyət kəsb etməsi xüsusən vurğulanıb.
Beynəlxalq Münasibətlər Şurası Azərbaycan Respublikasında beynəlxalq münasibətlərin və diplomatiyanın siyasi elmin bir qolu və peşə istiqaməti olaraq hərtərəfli inkişafı, bu sahədə təhsil alan və ya bu sahədə ixtisaslaşmaq arzusunda olan gənclərə dəstək, həmçinin Azərbaycan Respublikasının xarici siyasət prioritetlərini və kontekstini beynəlxalq aləmə çatdırılması və qlobal dairələrdə aktuallaşdırılması məqsədilə yaradılmış qeyri-hökumət təşkilatıdır.
Şuranın Məclisinə resзublikada tanınmış bir sıra siyasi ekspertlər - siyasi şərhçi professor Fikrət Sadıxov, millət vəkilləri Rasim Musabəyov və Ceyhun Osmanlı, ABŞ-ın "Qarabağ" Fondunun Azərbaycandakı nümayəndəsi Tural Kərimli, Azərbaycan Diplomatiya Akademiyasının akademik heyətinin üzvləri Fariz İsmayılzadə, Taleh Ziyadov, Anar Vəliyev, Qafqaz Universitetinin professoru Rövşən İbrahimov, 1newz.az xəbər portalının rəhbəri Rəhman Hacı, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Rəşad Kərimov daxildirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB