Cinayətkarlıq Ermənistanı ağuşuna alıb

Cinayətkarlıq Ermənistanı ağuşuna alıb

Bu ilin birinci yarısında Ermənistanda qeydə alınan cinayətlərin ümumi sayı 9% artıb və nəticədə analoji dövrlə müqaisədə əvvəlkindən 1047 hadisə çox müşahidə edilib. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə bu gün Polis Qərargahının rəisi Armen Ghukasyan açıqlama verib.

Polis Qərargahının rəisi bildirib ki, oğurluqların sayının artması da diqqəti cəlb edir. O, etiraf edib ki, xüsusilə ağır cinayətlərin sayı 35% artaraq 99-dan 134-ə çatıb. Eyni zamanda A. Ghukasyan nəzərə çatdırıb ki, əsasən narkotik maddələrin qaçaqmalçılığı ağır cinayətlərin artımına öz təsirini göstərib.

“Əsasən rüşvət hesabına ağır cinayətlərin sayı da artıb. Cinayət və cinayətə cəhdlər, qarət, dələduzluq və oğurluq hallarının sayı həddindən artıq çoxalıb. Sağlamlığa qəsdən ağır zərər vurma, cinsi təcavüz, mənimsəmə, oğurluq və soyğunçuluq hallarının sayı da artıb.

Görünür, cinayətkarlıq Ermənistanı ağuşuna alıb və cinayətlərin sayı da durmadan artmaqdadır. Bəlli olur ki, cinayətkarlığın tüğyan etdiyi belə bir ölkədə stabillik, sakitlik və sair bu kimi fikirlər pafosdan başqa bir şey deyil.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə