“Bu gün dağıdıcı müxalifət düşərgəsində təmsil olunan siyasi təşkilatlar bir-biridən fərqli ideologiyalara və məqsədlərə xidmət edən təşkilatlardır”. Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib. Onun sözlərinə görə, yəni bu partiyalar bir-birlərindən çox fərqlənirlər: “Əslində bunlar ayrı-ayrı şəxslərin ətrafında toplaşmış qruplardır. Bu baxımdan, onları hansısa siyasi maraqlar ətrafında birləşmiş qruplar adlandırmaq olmaz. Hər bir partiya sədri iddialıdır, çalışırlar ki, digər partiyaları özlərinə tabe etdirsinlər. Hədəfləri, niyyətləri hər zaman belə olub. Bu da qarşıdurmalara, çəkişmələrə gətirib çıxarıb. Yəni maraqları naminə fəaliyyət göstəriblər və bir-birlərini də didiblər. Hətta müxalifət təmsilçiləri arasında yaranan didişmələr böyük savaşlara gətirib çıxarıb. Ona görə də, heç vaxt bunların arasında birlik olmayıb, yaratdıqları qurumlar da az sonra parçalanıb. Səbəb də onların bir-birini qəbul etməməsi və şəxsi ambisiyalarının öndə olması ilə bağlıdır. Bu cür anormallıq davam edəcək. Çünki onlar normal siyasi islahatlar aparmırlar, üzləşdikləri uğursuzluqlarını heç vaxt müzakirə etməyiblər ki, nəyə görə, acınacaqlı vəziyyətə düçar olublar. Məhz bu cür faktlar onu deməyə əsas verir ki, müxalifət partiyaları bu cür acınacaqlı vəziyyətdədir”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB