ABŞ Azərbaycandakı vətəndaşlarını yenidən terror təhlükəsi ehtimalı ilə əlaqədar xəbərdar edib. SİA-nın xəbərinə görə, məlumat ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi saytında yerləşdirilib. Məlumatda deyilir: "ABŞ Dövlət Departamenti terror təhlükəsi haqqında malik olduğu informasiyaya əsaslanaraq, ABŞ vətəndaşlarını Azərbaycanda, o cümlədən ABŞ maraqlarına qarşı ehtimal olunan terror aktları ilə əlaqədar öz vətəndaşlarına yenə də xəbərdarlıq edir. Bu ehtimal ciddi olaraq qalır".
Qeyd edək ki, bu il yanvarın sonunda ABŞ və Böyük Britaniya Azərbaycanda terror təhlükəsi ehtimalı ilə əlaqədar öz vətəndaşlarına xəbərdarlıq edib. Lakin təhlükənin xarakteri və məlumatın mənbəyi açıqlanmayıb.
Cari il fevralın 11-də isə İsrailin terrorla mübarizə qərargahı ölkə vətəndaşlarına yaxın günlərdə 9 ölkəyə səfər etməkdən çəkinməyi məsləhət görüb. Bu 9 ölkə arasında Azərbaycan da var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB