Türkiyədə “Qarabağın işğalı və Xocalı soyqırımı” mövzusunda konfrans keçiriləcək
Türkiyənin Yalova şəhərindəki Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi fevralın 20-də "Qarabağın işğalı və Xocalı soyqırımı" mövzusunda konfrans keçirəcəkdir.
SİA-nın xəbərinə görə, konfransda Azərbaycan Milli Məclisinin üzvləri Yaqub Mahmudov, Qənirə Paşayeva və Elman Məmmədov Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti və Xocalı soyqırımı ilə bağlı çıxışlar edəcəklər.
Türk Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) nümayəndəsi Cəmaləddin Taşkıran və Kırıkkale Universitetinin müəllimi Şenol Kantarçı ermənilərin regionda destruktiv fəaliyyəti, Anadolunun şərqində törətdikləri qətliamlarla bağlı məruzələr edəcəklər.
Konfrans çərçivəsində Xocalı soqyrımını əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB