Gəncə alimləri “Xosrov və Şirin” poemasının yazılma tarixinin dəqiq göstərilmədiyini iddia edir- TARİX
Gəncə Regional Elm Mərkəzinin (GREM) alimləri tərəfindən dahi şair Nizami Gəncəvinin qələmə aldığı "Xosrov və Şirin" əsəri yenidən tərcümə olunub. Nizamişünas alim Xəlil Yusifli tərəfindən tərcümə edilən əsər ikinci dünya müharibəsindən sonra ikinci dəfə tərcümə edilib.
"Xosrov və Şirin"in yeni tərcüməsi digər tərcümələrdən fərqlənir. Belə ki, alimlər ədəbiyyat incisini Nizami Gəncəvinin yazdığı tərzdə əruz vəznində tərcümə ediblər. Eyni zamanda əsərdə qədim türk sözlərinin izahı açıq-aydın verilir.
Xəlil Yusiflinin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, tərcümə əsərin yazılma tarixini də dəyişir. Belə ki, alimlərin yeni araşdırmaları göstərib ki, əsər 1180-ci ildə deyil, 1177-ci ilin iyulunda sultan Toğrulun taxta çıxmasından sonra qələmə alınıb. Artıq yeni tərcüməyə Azərbaycan Milli Elmlər Akademiyasının digər alimləri tərəfindən müsbət rəy verilib. "Xosrov və Şirin" əsəri 150 nüsxə ilə nəşr ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə