Rusiya Urals neftinin qiyməti barel üçün 34 dollara düşdü...

Rusiya büdcəsi milyardlarla dollar itirir...

...Bloomberg, Argus Media məlumatlarına istinadən xəbər verir ki, ötən həftənin sonuna qədər Rusiyanın Urals markalı xam neftinin bareli təxminən 34 dollara düşüb - daha dəqiq desək, Baltik dənizi ixracı üçün 34,82 dollara və Qara dəniz ixracı üçün 33,17 dollara...

SİA-nın məlumatına görə, ümumi mənzərə üçün Brent markalı neftin fyuçersləri təxminən 61 dollar səviyyəsində sabitləşib.

Bloomberg vurğulayır ki, Rusiya nefti ilə bağlı vəziyyət ABŞ sanksiyalarının işlədiyinin bir əlamətidir.

Donald Tramp administrasiyası oktyabr ayında qalan iki ən böyük neft şirkəti olan “Rosneft” və “Lukoil”-a sanksiya tətbiq etdikdən sonra xam neftin satışı daha da çətinləşib. Əsas alıcı olan Hindistan dekabr ayında Rusiyadan neft idxalının gündə 800.000 barelə endiriləcəyini gözləyir.

Argus-a görə, Urals markalı neftə endirim orta hesabla 27 dollar civarındadır, lakin Hindistana gedərkən bu, təxminən 7,50 dollara qədər azalır.

Bu fərqin nə qədərinin nəticədə Rusiya tərəfinə çatacağı məlum deyil.

Lakin nəşrin qeyd etdiyi kimi, neft nə qədər ucuzlaşırsa, neft emalı zavodlarının sanksiyaları görməməzlikdən gəlmək və alışlara razılaşmaq istəyi bir o qədər güclü olur.

Keçmişdə bu, ilkin çöküşdən sonra Rusiya neftinin qiymətlərinin yenidən yüksəlməsinə səbəb olub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə