"Azərbaycan Prezidenti cənab İlham Əliyevin MDB-nin qeyri-rəsmi sammitində iştirak etməməsi, təbii ki, Rusiyanın Azərbaycana qarşı apardığı siyasətlə bağlıdır. Çünki Rusiya tərəfi hələ də “AZAL” təyyarəsi ilə bağlı real, praktiki addımlar atmayıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
.jpg)
Onun sözlərinə görə, Vladimir Putin sözdə Azərbaycan tərəfinə bu məsələnin araşdırılacağını və müvafiq addımların atılacağını bildirmişdi: "Lakin nə kompensasiya verilib, nə də bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb olunub.
Bundan əlavə, Rusiyada Azərbaycana qarşı hibrid təzyiqlər artmaqdadır. Artıq aydın görünür ki, Rusiya Azərbaycana qarşı qeyri-dost münasibət sərgiləyir. Azərbaycan Rusiyanın qonşusudur, amma Rusiya bu qonşuluq münasibətlərini nəzərə almadan təxribatlara yol verir. Məhz bu səbəbdən cənab Prezident həmin sammitdə iştirak etmədi.
Düşünürəm ki, Rusiya bu davranışından nəticə çıxarmalıdır. Qonşularla münasibətlər qarşılıqlı hörmət və bərabərlik prinsipi əsasında qurulmalıdır. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda aparıcı ölkədir və dünyanın bir çox dövləti Azərbaycanla əməkdaşlıq qurmağa çalışır. Amma Rusiya Azərbaycana qarşı qeyri-dost və təxribat xarakterli siyasət yürütməklə münasibətləri zədələyir.
Əgər Rusiya öz mövqeyini dəyişsə, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə, o zaman münasibətlərdə normallaşma mümkündür. Lakin hazırkı vəziyyətdə Prezidentin sammitdə iştirak etməməsi tam obyektiv və haqlı bir qərardır.
MDB dövlət başçılarının sammitində Rusiya prezidenti MDB-nin gələcəyindən danışsa da, faktiki olaraq MDB ölkələrinin vətəndaşları, o cümlədən azərbaycanlılar, Rusiyada təzyiqlərə, ayrı-seçkiliyə və zorakılığa məruz qalırlar. Belə bir şəraitdə Azərbaycanın Rusiya ilə münasibətlərini yenidən nəzərdən keçirməsi zəruridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB