Yaponiya “Kaşivazaki-Kariva” nüvə elektrik stansiyasını işə salır...

...Tokio Elektrik Enerji Şirkəti dünyanın ən böyük nüvə elektrik stansiyası olan “Kaşivazaki-Kariva” nüvə elektrik stansiyasını yenidən işə salmaq üçün hazırlıqların son mərhələsinə qədəm qoyur.

SİA xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, Niiqata prefekturasının qubernatoru Hideyo Hanazumi illərdir davam edən təhlükəsizlik yoxlamalarından və qoruyucu sistemlərinin təkmilləşdirilməsindən sonra stansiyanın fəaliyyətinin bərpasını rəsmi olaraq təsdiqləyib.

Stansiyanın yeddi enerji blokunun ümumi gücü 8,2 QVt-dır və bu, onu ölkənin elektrik şəbəkəsində əsas elementə çevirir.

Hanazumi mətbuat konfransında bildirib ki, "Görülən təhlükəsizlik tədbirlərinin ən sərt standartlara cavab verdiyinə əminik. Stansiyanın fəaliyyəti regionun sabit inkişafı üçün vacibdir".

Qeyd edək ki, “Kaşivazaki-Kariva” nüvə elektrik stansiyasındakı əməliyyatlar 2011-ci ildə baş verən Fukuşima Daiçi qəzasından sonra dayandırılıb.

Son 15 ildə ərazidə seysmik sabitliyin gücləndirilməsi və gələcəkdə oxşar fəlakətlərin qarşısını almaq üçün sunamilərdən qorunmaq üçün geniş işlər görülüb.

Bundan əvvəl ABŞ prezidenti Donald Trampla danışıqlar zamanı Yaponiyanın yeni Baş naziri Sanae Takaiçi Rusiyanın mayeləşdirilmiş təbii qaz idxalına embarqo tətbiq etməyin çətin olacağını bildirmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə