Ermənistan rüşvətxorluq girdabında

Ermənistan rüşvətxorluq girdabında

Ermənistanın Kassasiya məhkəməsində korrupsiya hallarının üstü açılıb. SİA Ermənistana məxsus 1in.am saytının yayımladığı məlumata istinadən xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti məhkəmə nümayəndəsinin iştirak etdiyi bir korrupsiya faktının üstünü açıb və bu barədə açıqlayıb.

Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzinin informasiyasına və ilkin məlumatlara görə, hüquqi xidmət göstərən keçmiş hüquqşünas, ictimai təşkilatın sədri mülki işdə Ermənistan vətəndaşının xeyrinə əlverişli məhkəmə aktının alınması üçün Ermənistan Kassasiya Məhkəməsinin rəisinə rüşvət verib. Bu fakt üzrə Ermənistan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən Milli Təhlükəsizlik Xidmətinin istintaq şöbəsində cinayət işi başlanılıb. İki nəfər nəzarətə alınıb.

Bir-birinin ardınca rüşvət faktlarının olması təsdiq edir ki, rüşvətxorluq Ermənistan üçün xarakterikdir və nə qədər pafosla çıxışlar etsə də bu halın qarşısını mövcud hakimiyyət almaqda acizdir. Nəricə isə onu deməyə əsas verir ki, Ermənistan rüşvətxorluq girdabında boğulur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə