Ötən il Masallıda təbii qazdan istifadə edən abonentlərin sayı 16 min 627-yə çatıb

Ötən il Masallıda təbii qazdan istifadə edən abonentlərin sayı 16 min 627-yə çatıb

2010-cu ildə Masallı rayonunun qazlaşdırılması intensivləşib. SİA-nın cənub bürosunun məlumatına görə, il ərzində rayonun Bədəlan, Təklə, Əhmədli, Çaxırlı kəndlərində isə qaz xətlərinin təmir-bərpa işləri yekunlaşaraq təbii qazın verilişi təmin olunub. Hazırda Masallı Avtomatik Qaz Paylayıcı Stansiyasından Masallı şəhərinin mərkəzinə daşıyıcı qaz kəmərləri çəkilib, şəhərdaxili paylayıcı xətlərin çəkilişi davam etdirilir.

Artıq rayonun Puşkin, N.Nərimanov, Dadva-1, Dadva-2 və S.Məmmədov küçələrində 595 abonentin mənzilinə qazın verilməsi bərpa olunub. Şəhər mərkəzi ilə paralel olaraq Musaküçə-Gəyəçöl, Musaküçə-Lürən-Qızılavar, Təzə Alvadı-Qızılağac kəndləri istiqamətində daşıyıcı kəmərlər çəkilib. Bu prosesin davamı olaraq Muğan zonasındakı kəndlərin qazlaşdırılmasına başlanılacaq.

Qeyd edək ki, 2010-cu ildə rayonda təbii qazdan istifadə edənlərin sayı 1680 abonent artaraq ümumilikdə 16 min 627 abonentə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə