İlqar Orucov: “Xaricdəki “söyüş qrupu” ilə Əli Kərimlinin problemləri yaranıb” RƏY-ÖZƏL
“Azərbaycandan xaricdə yaşayan və dövlətimizə qarşı çirkin kompaniyanın icraçılarına çevrilmiş Qurban Məmmədov, Vidadi İsgəndərli, Orduxan Teymurxan və digərlərinin vaxtilə eyni mövqedə fəaliyyət göstərdikləri Əli Kərimli və Arif Hacılı ilə münasibətlərində ciddi problemlər mövcuddur. Səbəb nədir? Vaxtilə eyni cəbhədə olan bu adamlar bir-birinə düşmən edən nədir? Reallıq budur ki, qeyd etdiyim insanlar heç vaxt bitkin siyasi mövqeyə, əqidəyə və düşüncəyə sahib deyillər”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru, İlqar Orucov deyib. Onun sözlərinə görə, kasad intellektləri ilə bir araya sığmayan iddiaları gec-tez hazır ki durumun baş verəcəyini deməyə əsas verirdi. Əli Kərimli ilə vaxtilə eyni cəbhə də olan adamlar bu gün əks mövqe sərgiləyirlər: “Onların uğursuzluqlarının kökündə də bu dayanır. Eyni zamanda, Ə.Kərimlinin pula hərisliyi barədə də ciddi faktlar mövcuddur. Bu adam xaricdə siyasi sığınacaq almaq istəyənlərə belə saxta arayış satmaqdan da pul “çıxarır”. Ə. Kərimli pul əldə etmək üçün yaxın adamlarını zaman-zaman müxtəlif cinayətlərə sövq etmişdir. Konkret Ruslan Bəşirlinin taleyi, məhz onun Ə.Kərimlinin diktəsi ilə cinayətə yuvarlanması yaxın keçmişin olaylarındandır. Yəni, bu adamın avanturasının qurbanları saysızdır və Avropadakı “söyüş qrupu” ilə də onun vaxtilə yaxın münasibətlərinin əsasında siyasi düşüncələri deyil, konkret maliyyə maraqları dayanırdı. Bilirik ki, illərdir heç bir yerdə işləməyən, lakin krallar kimi yaşayan müxalifət müxtəlif çirkli üsullarla maliyyələşirlər və bu adamlar üçün milli maraqlar məsələsi heç sonuncu yerdə də dayanmır. Qurban Məmmədov, Vidadi İsgəndərli, Orduxan Teymurxan və digərləri ilə də bu insanları birləşdirən birgə “fəaliyyət” nəticəsində qazandıqları pullar idi. İndi bu pulları bölmək, daha çox maddi vəsait əldə etmək uğrunda “qardaş”lar arasında ciddi mübahisə yaranıb. Artıq bütün sərhədləri yandıraraq təhqirlə bir-birinin ünvanına ən sərt ifadələri işlətməkdən belə çəkinmirlər”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB