"Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43 sessiyasının 7 iyul 2019-cu il tarixində keçirilmiş iclasında Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi Dünya İrs Siyahısına salınıb. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqını təbrik edib. Təbrikdə qeyd edilib ki, “Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şəkinin tarixi hissəsi yüzillər boyu ölkəmizin mədəniyyət mərkəzlərindən biri kimi tanınıb. Unikal abidələrlə zəngin Şəki şəhərinin tarixi hissəsinin mühafizəsi və inkişafı daim dövlətin diqqətində saxlanılıb. Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab edilir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev fikirlərini bildirərkən deyib.
Onun sözlərinə görə, son ilər Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanınması və qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirilib: "Bu layihələr beynəlxalq təşilatlarla, xüsusən dünya mədəniyyəti, təhsil və elminə məsul olan UNESKO ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilib. Bu əməkdaşlığın inkişafında, belə bir yüksək səviyyəyə çatmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rolu misilsizdir. Buna qədər Azərbaycandan bu siyahıya Bakı şəhərinin tarixi incisi olan “İşərişəhər” Dövlət, Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu daxil edilib. Bundan əlavə müvəqqəti siyahıya Azərbaycandan ümumilikdə 22, o cümlədən 5 təbii və 17 mədəni abidə daxil edilib. Bütün bunlar Azərbaycan xalqının ümumibəşər mədəniyyətinə verdiyi töhfələrin beynəlxalq miqyasda bir daha etirafıdır. Bu Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi növbəti uğurdur.
Azərbaycanla UNESKO arasındakı əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişaf edərək belə yüksək səviyyəyə çatdırılması və bu əməkdaşlığın davam etdirilməsi imkan verəcək ki, xalqımıza məxsus, böyük əhəmiyyət daşıyan digər tarixi, maddi və mədəniyyət abidələrinin də UNESKO- nun Dünya Mədəniyyət Mirasları Siyahısına salınması məqsədi ilə aparılan işlər uğurla nəticələnsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB