Yeni səhiyyə obyektlərinin inşası üçün tender elan edilib

Yeni səhiyyə obyektlərinin inşası üçün tender elan edilib
Səhiyyə Sektorunda İslahatlar Layihəsinin İcra Qrupu tenderdə həm yerli, həm də əcnəbi podratçıların iştirak edəcəyini bildirir. SİA-nın xəbərinə görə, Dünya Bankının dəstəyi ilə keçirilən tenderin birinci mərhələsində 4 kənd xəstəxanasının inşası nəzərdə tutulub. İkinci mərhələdə isə respublikamızın regionlarında 8 çoxfunksiyalı sağlamlaşdırma klinikasının inşası planlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə