İnqlabın Ermənistanda yaratdığı krizis

İnqlabın Ermənistanda yaratdığı krizis

Ermənistanda inqlabçıların komandası krizis keçirir. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus 1in.am saytında qeyd olunur.

Saytda xüsusilə vurğulanır ki, fikir ayrılıqları bir çox hökumətlər daxilində ola bilər və bunu normal təzahür kimi də qəbul etmək lazımdır, çünki əks halda krizis qaçılmazdır. Lakin fikir ayrılıqları üçün alternativ və proqram komponentləri olmalıdır. Əks təqdirdə bunlar intriqaları xatırladır və heç də yaxşı nəticələr vəd etmir. Hətta çox pis nəticələrə gətirib çıxarır.

Fikir ayrılıqları, plüralizm sağlam o zaman hesab olunur ki, onun arxasınca siyasi, yaxud sistemli qərarlar gəlir. Ermənistanda isə bu belə inqlaba qədər heç zaman olmayıb, inqlabdan sonra da belə deyil. Paşinyanın isə bu vəziyyətdə günahı ondan ibarətdir ki, inqlabı ayrı-ayrı qruplar özlərinə “çəkirlər” hansı ki, heç bir aidiyyəti belə yoxdur və meydanda doğulan Ermənistan Respublikasında vətəndaşlar özlərini günü-gündən yad hesab edirlər. Baş nazirin populist yanaşmaları ilə hakimiyyət vətəndaşları bir az da özündən uzaqlaşdırır ki, bu da hakimiyyət, eyni zamanda Ermənistan üçün krizis deməkdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə