Əli Əhmədov: “MSK-nın 18 üzvündən 6 nəfəri YAP tərəfindən müəyyənləşdirilib irəliyə sürülməlidir”
Azərbaycanın Seçki Məcəlləsinin tələblərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti tərkibi bu yaxınlarda formalaşmalıdır. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, millət vəkili Əli Əhmədov deyib.
Əli Əhmədov qeyd edib ki, Seçki Məcəlləsinin nəzərdə tutulan normalara əsasən MSK-nın 18 üzvündən 6 nəfəri Milli Məclisdə çoxluğu təmsil edən partiya tərəfindən formalaşdırılır: "Milli Məclisdə çoxluq Yeni Azərbaycan Partiyasına məxsus olduğundan təbii ki, 6 nəfər bu partiya tərəfindən müəyyənləşdirilib irəliyə sürülməlidir. Üzvlər MSK haqqında müəyyənləşmiş normaya əsasən parlament tərəfindən də seçilib təsdiq olunmalıdır. Prinsip etibarı ilə Yeni Azərbaycan Partiyası olaraq bizi bu günə qədər təmsil etmiş MSK üzvlərinin fəiliyyətindən razıyıq. Bu isə MSK-nın növbəti tərkibinin formalaşması zamanı Yeni Azərbaycan Partiyasının yanaşması əsasında dayanır".
"Bu məsələ yaxın vaxtlarda YAP tərəfindən Milli Məclisə təqdim olunacaq", partiya rəsmisi deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB