Ombudsman ölkənin Avropa Şurasına üzv qəbul olunmasının 10-cu ildönümünə həsr edilmiş dəyirmi masa keçirib
İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova ölkəmizin Avropa Şurasına üzv qəbul olunmasının 10 illiyinə həsr olunan "Azərbaycan və Avropa Şurası: insan hüquqları sahəsində əməkdaşlıq" mövzusunda dəyirmi masa keçirib. Tədbirə Milli Məclisin deputatları, o cümlədən ölkəmizin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri və üzvləri, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard, BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının və İctimai İnformasiya Departamentinin təmsilçiləri Teymur Məlikaslanov və Envera Selimoviç, ATƏT-in Bakı ofisinin rəhbəri Bilgə Cankorel, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıblar.
Ombudsman millət vəkili Səməd Seyidovun rəhbərliyi ilə Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin uğurlu fəaliyyətini vurğulayıb. O, tədbirdə çıxış edərək, bu ilin bir sıra əlamətdar milli və beynəlxalq əhəmiyyətli tarixi hadisələrin ildönümləri ilə zəngin olduğunu, bunların sırasında dövlət müstəqilliyimizin 20 illiyi, Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasının, İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına və İşgəncələrə qarşı mübarizə üzrə Avropa Konvensiyasına ölkəmizin qoşulmasının 10 illiyinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun 10 illiyinin xüsusi yer tutduğu diqqətə çatdırılıb. Müvəkkil qeyd edib ki, 2001-ci il yanvarın 25-dən etibarən AŞ-ın bərabərhüquqlu üzvü olan, həmin il dekabrın 25-də Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya edən Azərbaycan insan hüquqlarının təmini sahəsində öz üzərinə bir sıra öhdəliklər götürmüş və bu öhdəlikləri uğurla yerinə yetirməkdədir. Ölkəmiz insan hüquq və azadlıqlarının müdafiəsi, demokratik dəyərlərin inkişaf etdirilməsi istiqamətində mühüm rol oynayan bu nüfuzlu beynəlxalq qurumla qarşılıqlı əlaqələrin möhkəmlənməsi, həmin təşkilatla işgüzar əməkdaşlığın genişləndirilməsi və gələcək perspektiv istiqamətlərin müəyyənləşdirilməsinə daim önəm verir.
Ombudsman bu günədək AŞ çərçivəsində çoxsaylı beynəlxalq hüquqi aktın qəbul edildiyini, bunların da əksəriyyətinin insan hüquqları ilə bağlı olduğunu bildirib. O, AŞ qarşısında götürülmüş öhdəliklərdən biri kimi ölkəmizdə İnsan Hüquqları üzrə Müvəkkil təsisatının yaradıldığını və fəaliyyətə başladığı ilk vaxtlardan digər regional təşkilatlarla yanaşı, Avropa Şurası ilə də insan hüquqları sahəsində səmərəli əməkdaşlıq əlaqələri qurulduğunu bildirib. Təsisatın Azərbaycanın Avropa məkanına inteqrasiyasının genişləndirilməsi, Avropa standartlarının milli qanunvericilik sistemində təsbiti prosesinin sürətləndirilməsi istiqamətində tədbirlər həyata keçirdiyi vurğulanıb. E.Süleymanova Azərbaycanın qoşulduğu Avropa Şurası sənədləri sırasında "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" 1950-ci il tarixli Avropa Konvensiyasının xüsusi yer tutduğunu, bu Konvensiyanın AŞ-ın ən mühüm nailiyyətlərindən sayıldığını bildirib.
AŞ-ın insan hüquqları ilə bağlı qəbul etdiyi beynəlxalq sənədlərin əhali arasında izahı və təbliği məqsədilə Ombudsman Aparatında bir sıra hüquqi nəşrlərin – kitabçalar, broşürlər və lifletlərin hazırlanıb çap olunduğu diqqətə çatdırılıb. Təsisatda Müvəkkilin AŞ ilə əməkdaşlığını əlaqələndirən müşavirin fəaliyyət göstərdiyi bildirilib. Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Avropa Şurası və Azərbaycan: 10 illik əməkdaşlıq" mövzusunda məruzəsində qeyd edib ki, bu beynəlxalq təşkilata üzv olmaq, bir tərəfdən, respublikamız üçün müasir dövrdə beynəlxalq aləmdə, o cümlədən Avropa məkanında baş verən proseslərə qoşulmaq, Avropa ölkələri ilə ikitərəfli və çoxtərəfli münasibətləri genişləndirərək daha da inkişaf etdirmək, qlobal problemlərin həllində bilavasitə iştirak etmək üçün əsas faktorlardan olub, digər tərəfdən isə insan hüquqları sahəsində konvensiyalara qoşulmaq dünya birliyi tərəfindən Azərbaycanın demokratik dövlət kimi tanınmasında əhəmiyyətli rol oynamaqla yanaşı, Avropa ölkələri ilə siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın daha yüksək mərhələyə keçməsinə təminat verib. S.Seyidov rəhbərlik etdiyi nümayəndə heyətinin AŞPA-dakı, xüsusilə bu qurumun yanvar sessiyasındakı fəaliyyəti və uğurlu addımlar barədə ətraflı məlumat verib.
Milli Məclis Aparatının şöbə müdiri Lətif Hüseynov "Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının implementasiyası", Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri, Avropa İnsan Hüquqları Məhkəməsi yanında ölkəmizin səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov "Müstəqil Azərbaycan dövlətinin Avropaya inteqrasiyası", Xarici İşlər Nazirliyinin əməkdaşı "Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin icrası", Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni "Azərbaycanın Avropa məkanına inteqrasiyasında vətəndaş cəmiyyəti institutlarının rolu" mövzularında məruzələr ediblər. ATƏT-in Bakı ofisinin rəhbəri B.Cankorel Azərbaycanın Avropaya inteqrasiyasının, beynəlxalq təşkilatlarla əməkdaşlığın vacibliyini vurğulayıb. O, tədbiri yüksək dəyərləndirib, təmsil etdiyi qurumun insan hüquqları sahəsində Ombudsmanla əməkdaşlığını qeyd edib. Əlil Təşkilatları İttifaqının rəhbəri Davud Rəhimov, D.Əliyeva adına Azərbaycan Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu və digər iştirakçılar mövzu ətrafında müzakirələr aparıb, tədbirdə fikir və mülahizələr səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə