Masallı rayonunda yeni ATS quraşdırılıb. SİA-nın cənub bürosunun məlumatına görə, hazırda rayonda Telekommunikasiya Qovşağının binasında baş verən qəzadan sonra rabitə xidmətlərində yaranan problemlərin aradan qaldırılmasi istiqamətində intensiv tədbirlər görülür.
Bərpa işlərinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin aparıcı mütəxəssisləri, həmçinin cənub bölgəsinin bütün rayonlarından rabitəçilər işə cəlb edilib. Bu gün 6 min abonentdən 2 min abonentlə rabitə əlaqəsinin bərpa ediləcəyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB