"Satqın və xəyanətkar mövqeyi ilə seçilən və daim cəmiyyət də qarışıqlıq yaratmağa çalışan AXCP sədri Əli Kərimlinin həbs olunması müsbət haldır". Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib.
Onun sözlərinə görə, əqidəyə, amala, məsləkə söykənməyən istənilən hərəkətin sonda iflasa uğraması təbiidir: "Bir fəaliyyət ki, yalnız pul qazanmağa əsaslanır, onun sonu məhz belə olmalıdır. Tarixin bütün dönəmlərində belə olub, bu gün belədir, gələcəkdə də belə olacaq. Ə.Kərimli satqın və xəyanətkardır. O Azərbaycanın milli və dövlətçilik maraqlarını pul, qrant xatirinə xarici məkrli qüvvələrə satmağa çalışır. Bunun üçün hər cür vasitə və üsuldan istifadə edir. Bu baxımdan onun həbs edilməsini müsbət qərar hesab edirəm. Fakt budur ki, onun xarici fondlarla geniş əlaqələri var. Ümumiyyətlə, müxalifət düşərgəsində hər kəs anti-Azərbaycan dairələrlə əlaqələr qurmağa və xidmətlərini təklif etməyə çalışırlar. Biznesin danılmaz qanunudur, eyni sahədə çalışan hər kəs, həmin sahədə çalışan digərlərindən daha çox qazanmağa çalışır. Bu mənada, Ə.Kərimli Arif Hacılıdan və ya İsa Qəmbərdən az qazanan kimi, buna dözmür və başlayır dünənə kimi “dost” dediyi tərəf-müqbilini şantaj etməyə. Bu da yetmədikdə, söyüş “külliyyatı”nı qoyur ortaya ki, mən daha çox söymüşəm. Beləcə savaş başlanır və bir-birini gözdən salmaq üçün müxtəlif vasitələrə əl atırlar. Belələri anti-Azərbaycan qüvvələrdən yararlanırlar. Bunu cəmiyyətdə artıq hər kəs bilir. Sadəcə indi onların öz dilləri ilə bunu açıb ortaya qoymaları kiməsə qəribə görünə bilər. Vətən, xalq, dövlət təəssübü olmayanların birləşib, öz ölkələri əleyhinə iyrənc üsullarla çıxış etmələrinin isə bir adı var: şərəfsizlik! Qısası, Ə.Kərimli şərəfidir və bu şərəfsizliyinə görə də, cəzasını alacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB