Erməni deputat parlamentdə oyun izləyərkən yaxalanıb

Erməni deputat parlamentdə oyun izləyərkən yaxalanıb

Cümə günü Ermənistan Milli Məclisinin fövqəladə iclasında tennis turnirini izləyən deputatlardan biri kameralara tuş gəlib. SİA Ermənistana məxsus rusarminfo.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, tennis oyunlarını izləyən hakim deputat “Mənim addımım” blokundan Suren Qriqoryan olub və iyunu qulaqcıqların köməyilə izlədiyi kameralara düşüb.

Məlumatda o da qey olunur ki, Ermənistan Milli Məclisinin iclasında oyun izləyərkən yaxalanan deputat daha sonra qanun layihəsinin müzakirəsində iştirak edib və hətta onun çıxışı da olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə