Şabranda "Nəsimi İli" ilə bağlı növbəti müsabiqə keçirilib

Şabranda "Nəsimi İli" ilə bağlı növbəti müsabiqə keçirilib


Dünən YAP Şabran rayon təşkilatı, Şabran Rayon Təhsil Şöbəsi və Poeziya Evinin birgə keçirdiyi "Nəsimi şeirlərinin ən yaxşı qiraətçisi" mövzusunda rayon məktəbliləri arasında müsabiqə keçirilib. Heydər Əliyev Mərkəzində müsabiqədə iştirak edən qaliblrlə görüşdə YAP Şabran rayon təşkilatının sədr müavini Fikrət Nuşiyev çıxış edərək bildirdi ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il "Nəsimi İli" elan edilibdir. Bu şairə verilən dəyərin, hörmət və ehtiramın, mədəniyyətə, şeirə, sənətə və onların inkişafına verilən böyük diqqətin nəticəsidir.
Tədbirdə rayon təhsil şöbəsinin məsul işçisi Fərəh Mahmudova çıxış edərək qeyd edib ki, söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmiş bu filosof-şair yalnız Azərbaycanın deyil, eləcə də türk ədəbiyyatının təkmilləşməsinə töhfələr verib. İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır.
Sonra birinci yerə layiq görülmüş Haciqaraqaşli kənd ümumi orta məktəbin şagirdlərinin hazırladıqları kompozisiya iştirakçılara təqdim olunub.
Sonda müsabiqə iştirakçılarının qalibləri Fəxri Fərman və qiymətli hədiyyələrlə ükafatlandırilıblar.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə