İraqda aviaqəza baş verib, 7 nəfər ölüb

İraqın şimal-şərqində aviaqəza baş verib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Süleymaniyyə şəhərindəki hava limanında sərnişin təyyarəsi havaya qalxdıqdan dərhal sonra yerə çırpılıb, yanğın hadisəsi baş verib. İlkin məlumata əsasən qəza nəticəsində 7 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

 

Təyyarənin Türkiyənin paytaxtı Ankara şəhəri istiqamətində hərəkət etdiyi və sərnişinlərin arasında xarici vətəndaşların da olduğu qeyd edilir. Hadisə zamanı təyyarədə olanların ümumi sayı və təyyarənin markası barədə məlumat verilmir.

 

İlkin ehtimala görə, qəzaya texniki nasazlıq səbəb olub. Hadisə yerində müvafiq işlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə