Rusiyanın cənub-qərbində yerləşən Kalmıkiya Respublikasında aviaqəza baş verib. SİA-nın rus mətbuatına istinadən verdiyi məlumata əsasən, "Mİ-2" markalı çoxməqsədli helikopter Narım Xuduk yaşayış məntəqəsindən təxminən 20km aralıda Çernozemelski rayonu ərazisində yerə çırpılıb. Nəticədə, helikopterin göyərtəsində olan 2 nəfər ölüb.
Qəzanın başvermə səbəbi barədə məlumat verilmir. Hadisə yerində müvafiq işlər görülüb. Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB