Ötən gün Gürcüstanın əksər bölgələri şiddətli qasırğaya məruz qaldığı üçün azı 250 min adam işıqsız qalıb.
SİA-nın məlumatına görə, Gürcüstan Energetika Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərdə bildirilir ki, güclü külək ölkənin qərbindəki İmereti diyarının sakinlərinə daha ciddi ziyan vurub. Elektrik xətləri qırılıb, enerji obyektləri sıradan çıxıb, 73 minədək ailənin elektrik enerjisi təchizatı kəsilib.
Şərqi Gürcüstanın Saqareci rayonunda və ətraf bölgələrdə külək bəzi binaların damlarını uçurub. Regionda qar yığınları rayon mərkəzlərinin və kəndlərin həyat təminatı mənbələri ilə əlaqəsini kəsib.
Hazırda mütəxəssislər elektrik enerjisi təchizatının bərpası ilə məşğuldurlar. Elektrik enerjisi təchizatının nə zaman təmin olunacağı dəqiq göstərilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB