Nikol Paşinyanın “İskəndər” yalanı ŞƏRH

Nikol Paşinyanın “İskəndər” yalanı ŞƏRH

Ermənistanın baş nazirinin "İskəndər"raketləri ilə bağlı bəyanatı sırf daxili auditoriyaya hesablanıb

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşündən sonra "İskəndər"raketləri ilə bağlı səsləndirdiyi bəyanat sırf daxili auditoriyaya hesablanıb. O, populist hisslərinin təsiri altında bu bəyanatı Ermənistan ictimaiyyəti üçün verib.

Əvvla, Ermənistanda olan "İskəndər" raketləri Rusiya Federasiyasına məxsusdur və raketlərin idarəetmə pultu rusların əlindədir. Ermənistan "İskəndər"dən müstəqil şəkildə istifadə etmək hüququna malik deyildir.

Ermənistan Rusiyanın bu ölkəyə satdığı qazın qiymətini aşağı salınması ilə bağlı Rusiyaya dəfərlərlə xahiş formasında müraciət edib. Rusiya hələ qiymətlə bağlı heç bir güzəştə getmədiyi halda, görəsən, Ermənistan yeni silahları hansı pulla almaq istəyir?!

Ermənistanın baş naziri Nikol Paşinyan hələ də onu hakimiyyətə gətirənlərin razılığı ilə özünü Rusiyaya sübut etməyə çalışır.

Yeri gəlmişkən, hazırda, ABŞ-la gərgin münasibətdə olan İranı da bu sual düşündürür. Ancaq Rusiya "göz yaşlarına inanmır", bunun üçün hələ Nikol Paşinyan Rusiyaya yönəlik çox iş görməlidir, bunu da onun ağaları hara qədər icazə verəcək, bilinmir.

İsmayıl Quliyev,

"REGİON" Analitik İnformasiya Mərkəzinin eksperti

Bütün xəbərlər Facebook səhifəmizdə