Azərbaycanın XİN rəhbəri Münhendə bir neçə ölkənin XİN başçıları ilə görüşlər keçirib

Azərbaycanın XİN rəhbəri Münhendə bir neçə ölkənin XİN başçıları ilə görüşlər keçirib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Münhendə keçirilən 47-ci Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində bir neçə görüş keçirib. Azərbaycan XİN-in mətbuat xidmətindən SİA-ya daxil olan məlumata görə, nazir Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu, Serbiyalı həmkarı Vuk Yeremiç, Avstraliyanın XİN başçısı Kevin Rud, Ukraynanın xarici işlər naziri Konstantin Qrişonko ilə ikitərəfli görüşlər keçirib.

 

Görüşlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də daxil olmaqla ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri, habelə regional və beynəlxalq təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Konfrans ötən gün başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə