"Ümumiyyətlə biz görürük ki, son dövrlər Azərbaycanın beynəlxalq siyasətdə uğurları davamlı xarakteri daşıyır. Bu ilk növbədə cənab Prezidentimizin apardığı xarici siyasətin bir nəticəsidir. Biz bunu xarici siyasətin təzahürü kimi qiymətləndirə bilərik". Bunu SİA-ya açıqlamasında millət vəkili Cavid Osmanov deyib.
"Biz bilirik ki, bu yaxınlarda Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da Fransada olmuşdur və orada çoxtərəfli danışıqlarda iştirak etmişdi. Məsələlərdən də ən birincisi hər zaman olduğu kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın ərazi bütövlüyü və bu ətrafda olan mövzu olmuşdur ki, məhz bütün məsələlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Ermənistanın işğalçı siyasət aparması ilə bağlı məsələlər həm Prezident cənab İlham Əliyevin, həm də birinvi vitse-prezident Mehriban xanım Əliyevanın səfərləri zamanı bütün beynəlxalq siyasi tədbirlərin hər birində vurğulanır. Bu da heç də təsadüfi deyil. Bildiyiniz kimi Fransa inzibati məhkəməsi bu ölkənin Arnuvill şəhəri (Val Duaz departamenti, Parisin ətrafı) ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış "Dostluq haqqında xartiya"nı iyunun 4-də ləğv etdi. Bu çox düzgün bir addım idi. Çünki həmin ərazilər Azərbaycan torpaqlarıdır. Bu addımlar cənab Prezidentimizin apardığı uğurlu siyasətin növbəti bir təzahürüdür”-deyə, C.Osmanov fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB