Müxalifət razborka şakərindən qurtula bilmir
Ənənəvi müxalifət düşərgəsinin müxtəlif birlik və qurumlarda təmsil olunarkən, əlbəyaxa çıxıb, bir-birlərinə əl qaldırmalarından başlayaraq, küçə söyüşləri ilə təhqirə yol vermələri faktları kifayət qədərdir. Biz, bənzər hadisələri “DUB”, “SİDSUH”, “MKM”, “Azadlıq”, “Bizim Azərbaycan”, “İctimai Palata”, “Milli Şura” kimi qurumlarda dəfələrlə müşahidə etmişik. Parçalanmalar, şəxsi münasibətləri ümumi maraqlara qurban vermək kimi hadisələr bu müxalifətin dəyişilməz şakərinə çevrilib.
Küçə təfəkküründən o yana keçə bilməyən ənənəvi müxalifətçilər yalnız hakimiyyətə və xalqa qarşı radikallıq, dağıdıcılıq fəaliyyətləri ilə seçilmirlər
Bu yaxınlarda düşərgədə yaradılmış növbəti birlik – “Azərbaycan Xalq Hərəkatı” (“AXH”) adlı qurumda da eyni hadisələr təkrarlanmaqdadır. Əbəs deyil ki, “AXH” yarandıqdan az sonra iki hissəyə parçalandı və bu parçalanma tərəflərin bir-birlərini xainlikdə suçlamaları ilə nəticəsini tapdı. Xüsusilə, hazırda müalicə alan “AMDP” sədri İsgəndər Həmidovun “Ağ partiya” sədri Tural Abbaslı ilə qarşıdurmasını xatırlayarsaq, ənənəvi düşərgənin “al gəldi” prinsipi ilə idarə olunması qənaətinə gələ bilərik. Ümumiyyətlə, küçə təfəkküründən o yana keçə bilməyən ənənəvi müxalifətçilər yalnız hakimiyyətə və xalqa qarşı radikallıq, dağıdıcılıq fəaliyyətləri ilə seçilmirlər, onların bu fəaliyyətləri bir-birlərinə qarşı da yönəlib ki, biz daha bir hadisəni incələyərkən, bu ətrafda əmin olmağa başlayırıq.
Tahir Abbaslı ilə Mətləb Mütəllimli “AXH”dən qovulublar
Belə ki, “Azərbaycan Xalq Hərəkatı” adlı qurumun qanadlarından birində də vəziyyət gərginləşib. Hətta həmin qanadın parçalanaraq, qurumun iki deyil, üç hissəyə bölünməsi mümkünlüyü an məsələsinə çevrilib. Məlum olub ki,
Keçirilən sonuncu iclasda “Azadlıq” partiyasının sədri Əhməd Orucla “Sosial Ədalət Partiyası”nın sədri Mətləb Mütəllimli arasında gərginlik yaşanıb. Tərəflər hətta bir-birilə əlbəyaxa həddinə çatıblar. Şahidlərin iddialarına görə, Ə.Oruc M.Mütəllimliyə fiziki müdaxilə etməklə, əl qaldırıb, xəsarət yetirib. Həmçnin digər məlumata görə, əlbəyaxa dava səbəbi ilə “hərəkatın” idarə heyətinin növbədənkənar toplantısı çağırılıb və münaqişənin bu həddə çatmasına səbəb kimi “İslam Demokrat Partiyası”nın sədri Hacı Tahir Abbaslı göstərilib. Nəticədə partiya sədri hərəkatdan qovulub. Lakin davada iştirak edən M.Mütəllimlinin də “AXH”dən qovulduğu bildirilir. Baş verənlər isə, bir daha nəticəyə gəlməyə zəmin yaradır ki, düşərgədə kimliyindən asılı olmayaraq, heç vaxt ümumi maraqlar olmayıb, bundan sonra da olmayacaq. Daha dəqiq desək, ənənəvi müxalifətin münasibətlər baxımından bir prinsipi - “al gəldi” prinsipi mövcuddur.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB