Bəxtiyar Abbasov: “Əli Kərimli utanmadan öz məkrli oyunlarını davam etdirir”
“Dağıdıcı müxalifət düşərgəsində təmsil olunan partiyaların fəaliyyətləri milli və dövlətçilik maraqlarına zərbə vurmağa və xarici sifarişlər əsasında ölkədə təxribatlar, pozuculuq aktaları törətməyə hesablanıb. Amma reallıq budur ki, onlar zəif və tör-töküntüdən ibarət olduqlarından heç bir hal da uğur əldə edə bilmirlər. Əminliklə deyə bilərəm ki, heç zman da istəklərinə nail ola bilməyəcəklər”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov deyib. Onun sözlərinə görə, dağıdıcı ünsürlərin önündə gedənlərdən olan AXCP sədri Əli Kərimli dəfələrlə ifşa olunmasına və xarici anti-Azərbaycan qüvvələrə satılan xəyanətkar birisinin olması sübuta yetirilməsinə baxmayaraq bu dırnaqarası siyasətçi öz məkrli əməllərini davam etdirməkdədir: “O zamanın da liderinə xəyanət etmiş, əqidə yoldaşlarını qəpik-quruşa satmış şəxsdir. Ə.Kərimli utanmadan öz məkrli oyunlarını davam etdirir. Hətta bir neçə illər öncə hər hansı bir məsələ üzərində oynadığı oyunbazlığını bir müddət sonra yenidən təkrarlayır. Bununla da Ə. Kərimli hələdə öz köhnə küçə təfəkküründən əl çəmədiyini, bütövlükdə Azərbaycan dövlətinin yürütdüyü siyasətə qarşı ən murdar iftiralarını atmaqda davam etdiyini nümayiş etdirir”. B.Abbasovun məntiqli izahına görə, tamamilə ictimai rəyin nifrət obyektinə çevrilən Ə.Kərimli hay-küylü şouları ilə özünü “birləşmiş müxalifətin lideri” kimi ictimai rəyə zorla sırımağa çalışır: “Ə.Kərimli elə düşünür ki, o həqiqətən də müxalif düşərgənin aparıcı siması, lideridir. Amma reallıqda o düşərgə də, yetimişinci dərəcəli partiaya yetkilisi səviyyəsində, belə deyil. Rəhbərlik etdiyi AXCP-də və ya təmsil olunduğu “Milli Şura” da belə onu qəbul etmirlər. Bu isə bir daha onu təsdiq edir ki, Ə.Kərimli və başına topladığı bitmiş siyasətçilər tükənmiş və tarixin arxivinə atılmaq mərhələsin də olan simalardır. Bu faktdı,bu faktı təkzib və inkar etmək qeyri-mümkündür”.
sia.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB