ABŞ-ın Virciniya ştatının kurort şəhəri Virciniya-Biçdə baş vermiş silahlı hücum nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. SİA CNN-ə istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında şəhərin polis rəisi Ceyms Server deyib.
“Əvvəlcə biz 11 nəfərin ölməsi ilə ağlı məlumat yaymışdıq. Artıq bir nəfər də xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hazırda yaralılardan dörd nəfəri əməliyyat masasındadır”, deyə bildirilib.
Polisdə olan son məlumatlara görə, həmkarlarına atəş açan şəxs uzun illər bələdiyyə sahəsində çalışıb. O, polis tərəfindən öldürülüb.
Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB