"Həmsədrlər şəkil çəkdirib, ATƏT-dən aldıqları pulları siləcəklər" ÖZƏL-MÖVQE

"Həmsədrlər şəkil çəkdirib, ATƏT-dən aldıqları pulları siləcəklər" ÖZƏL-MÖVQE

“ATƏT-in Minsk Qrupu həmsədrlərinin hər hansı bir səfərindən bundan sonra mən nəsə ağıllı bir şey gözləmirəm. Çünki bu günə qədər həmsədrlər Ermənistan dövləti ilə eyni mövqedə çıxış edib”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, Minsk Qrupu 25 ildir ki, BMT-nin 4 qətnaməsinin heç birini yerinə yetirməyib: “Ümumiyyətlə Minsk Qrupu bir nümunə göstərsin ki, dünyada hansısa bir münaqişəni həll edə bilib və yaxud da ən azı onun həlli yollarını göstərib. Hər dəfə həmsədr ölkələrin biri öz nümayəndəsini dəyişir. Amma Azərbaycanın hal-hazırdakı mövqeyi düzgün mövqedir ki, birmənalı şəkildə biz həmsədrlərdən imtina etməliyik. Onların İrəvana səfərinə gəlincə deyə bilərəm ki, bu səfər daha çox həmsədrlərin Ermənistana olan maraqlarından doğan bir şeydir. Çünki Nikol Paşinyan hal-hazırda ən azı 3 masada oturmaq istəyir. O həm Rusiya, ABŞ-la, həm də Fransa ilə münasibətlərini tənzimləmək istəyir. O hər üç dövlətdən yardım umur və bir şeylər gözləyir.

Ümumiyyətlə ATƏT-in həmsədrləri xristian klubudur. Bu xristian klubunun da əsas məqsədi Azərbaycanın ərazi bütövlüyünü mövcud sual işarəsi altına qoymaqdır. Bunlar həm də çalışırlar ki, Azərbaycandakı bu qarşıdurma daha da güclənsin. Yəni bütün hallarda yenə də Azərbaycan Prezidenti onları qəbul edəcək və onlar yenə də gəlib gedəcəklər. Sadəcə bir şəkil çəkdirib ATƏT-dən aldıqları pulları siləcəklər. Eləcə də onlar Azərbaycanın öhdəliyi üzvülük haqqından da yararlanacaqlar. Mən onların səfərindən başqa heç bir şey gözləmirəm".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə