"İdman yarışlarını siyasiləşdirmək cəhdləri əbəsdir" ÖZƏL-ŞƏRH

"İdman yarışlarını siyasiləşdirmək cəhdləri əbəsdir" ÖZƏL-ŞƏRH

"Azərbaycanda keçirilən "Arsenal" - "Çelsi" oyunu yüksək səviyyədə başa çatdı. Və əminliklə, birmənalı olaraq demək olar ki, bu oyunun ölkəmizdə baş tutmaması üçün qurulan bütün planlar, aparılan anti-Azərbaycan kompaniyaları ölkəmizin siyasi rəhbərliyinin güclü iradəsi, xalqımızın müdrikliyinin qarşılığında iflasa uğradı. Bu oyun bizə ilk növbədə onu verdi ki, biz bütün dünyaya Azərbaycanı, onun paytaxtını bir daha tanıda bildik". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Sədrin sözlərinə görə, ölkəmiz on minlərlə turisti qarşıladı və hər bir turist potensial valyuta deməkdir: "Biz dünyaya bir daha göstərdik ki, Azərbaycan inkişaf etmiş ölkədir və o, üzərinə götürdüyü bütün mötəbər öhdəlikləri uğurla, yüksək səviyyədə yerinə yetirir. Biz dünyaya göstərdik ki, Azərbaycan üçün idman yarışlarını siyasiləşdirmək cəhdləri əbəsdir və müxtəlif qüvvələrin də məhz Arsenal-Çelsi oyunundan iyrənc siyasi məqsədlər üçün istifadə etmək arzuları bu dəfə də iflasa uğradı. İnanıram ki, həmin qüvvələr özləri də bunun fərqindədirlər. Arsenalın erməni əsilli futbolçusunun Bakıya gəlməməklə bağlı göstərdiyi şou və erməni lobbisinin həmin futbolçudan qəhrəman düzəltmək istəyi puç oldu.

Ölkəmizin başçısı ilə UEFA prezidenti Aleksandr Çeferinin görüşündə bu mötəbər qurumun rəhbərinin erməni futbolçunun onlar üçün heç bir əhəmiyyət kəsb etməməsini ifadə etməsi özü elə erməni lobbisinə, onları bu prosesdə dəstəkləyən qüvvələrə ən böyük zərbə oldu. UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə ölkəmiz növbəti tarix yazmaqla bərabər bədxahlarımızı da məyus etmiş oldu. Bu məqamda xüsusilə xalqımızın müdrkliyi, tolıerantlığı bir daha diqqəti cəlb etdi və bunu xüsusi olaraq vurğulamaq lazımdır. Arsenallı azarkeşlər, eyni zamanda, mötəbər final oyununa mane olmağı hədəf seçmiş qüvvələrin təhriki ilə müəyyən insanlar paytaxt küçələrində “Arsenal”ın erməni əsilli hücumçusu Henrix Mxitaryanın adı yazılmış köynəkləri geüyinərək nümayişkaranə şəkildə təxribata getməyə müntəzir adamlar kimi davranırdılar. Onlar bilərəkdən, məqsədli şəkildə əvvəlcədən hazırlanmış ssenarini reallaşdırmağa meylli idilər və xalqımızın müdrikliyi, hadisələrə soyuq başla, ağılla və düşünərək reaksiyası məlum planın həm müəlliflərini, həm də icraçılarını məyus etmiş oldu. Azərbaycan polisinin, güc strukturlarının, nəqliyyat infrastrukturunun peşəkarlığı şübhəsiz ki, qeyd olunmalıdır. Baş verə biləcək istənilən insidentin əvvəlcədən qabaqlanması tədbirləri ingilis azarkeşlərinin çılğınlığının, davaya meylli olmasının da Bakıda keçərli olmaması faktını təsdiqlədi".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə