Bu gün Ermənistan Parlamentinin növbəti çağırışının gündəliyi kvorum çatışmamazlığı səbəbindən təsdiq olunmayıb. İclas zalının tən yarısı boş olub. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus aysor.am saytında məlumat yayımlanıb.
Məlumada deyilir ki, gündəliyin təsdiq edilməsi üçün ən azı 63 deputat iştirak etməli olduğu halda, bu gün təsdiq üçün cəmi 61 deputat səs verib.
Səsvermənin nəticələri parlamentin spikeri Ararat Mirzoyanı heyrətləndirib və o dəqiqləşdirmə üçün katibliyə müraciət edib.
Parlamentin Katibliyindən deyilib ki, gündəm təsdiqlənməyib və fasilədən sonra təkrar səsvermə keçiriləcək.
Bunun ardınca parlamentdə fasilə elan olunub.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB