“Azəriqaz” İstehsalat Birliyindən şikayətçinin məktubuna cavab gəldi
Xəbər verdiyimiz kimi, 2 gün öncə Binə və Mərdəkan qəsəbəsində qazların kəsilməsi ilə bağlı redaksiyamıza müraciət daxil olub. Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı SİA-ya açıqlamasında bildirib ki, hər hansı bir sayğacların quraşdırılmasına görə qaz təchizatı dayandırıla bilməz. Onun sözlərinə görə, sayğaca görə kütləvi halda qaz təchizatının dayandırılması mümkün deyil. İndi "Azəriqaz" ancaq borca görə qaz təchizatını dayandırır: "Heç bir yerdə sayğacların quraşdırılması, dəyişdirilməsi nəticəsində qaz təminatı kəsilmir. Ancaq vətəndaşın mənzilində bir neçə ay, il borc qalırsa və orada sayğaclar yeni, müasir tipli sayğaca dəyişdirilirsə, həmin borc tələb olunur. Bu halda da qaz fərdi qaydada kəsilə bilər. Kütləvi halda heç vaxt insanların qaz təchizatı dayandırıla bilməz. Vətəndaş borcunu ödəmədiyi halda da ona qaz verilə bilməz".
Bütün bunlarla yanaşı Kamandar Eyvazlı məsələnin aydınlaşdırılmalı olduğunu söyləyib. Onun fikrincə, bu məsələ dəqiq aydınlaşdırıldıqdan sonra dəqiq fikir bildirmək olar.
Qeyd edək ki, Binə qəsəbəsi sakini Xəqani Aslanov (II qrup əlil) SİA-ya müraciət edərək fevral ayının əvvəlindən etibarən qazsız qaldıqlarını söyləyib: "Fevral ayının 1-dən etibarən vətəndaşların qaz sayğacları söndürülüb. Sayğaclar kartla işləyən sayğaclar idi, ancaq indiyə kimi kartsız işləyirdi. İndi hamını kart üsuluna keçirmək üçün gecədən sayğaclar söndürülüb. Sayğaclar söndürüldükdən sonra 2 gündür qazsız qalmışıq və soyuqdan donuruq. Kartı 6 ay ərzində hamının kodu yazılmaqla təmin etməli idilər. 50%-in təmin ediblər, qalanları isə kartsız qalıb. 2 gündür Xəzər rayon Qaz İdarəsinin qarşısında 100-lərlə, 1000-lərlə insan yığışaraq mübahisə edirlər. Heç kəsə kart vermirlər. Siyahı vermişik, ancaq buna əsasən kartlar gəlməyib. Əgər kartlar gəlməyibsə, vətəndaşların hüququ niyə pozulur, qazın təminatı niyə dayandırılır? Bizim vətəndaşlıq, Azərbaycanın enerjisindən istifadə etmək hüququmuz var. Azad ölkənin azad vətəndaşlarıyıq.
İdarədən bildirdilər ki, sizin sahədə işləyənlər vətəndaşları kartla təmin etməlidir. Onlar da dedilər ki, biz hələ kartla təmin olunmamışıq. Gedin Mərdəkana. Mərdəkana getdikdə isə qaz idarəsinin qarşısında isə 1000-lərlə insan dayanır. Oraya da çətinliklə girənlərə deyilir ki, hələ sizin adınıza kart gəlməyib. Qabaqcadan insanlar kartla təmin olunmalı və bundan istifadə üsulları başa salınmalı idi. Daha sonra bu sistemə keçmək olardı. Əgər kartla təmin edə bilmirdilərsə, heç olmasa limiti artırardılar, ya da gələn aydan yeni sistemə keçərdilər".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB