Müdafiə Nazirliyi hərbi təyyarənin qəzaya uğraması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi hərbi təyyarənin qəzaya uğraması ilə bağlı məlumat yayıb

Azərbaycan Müdafiə Nazirliyi hərbi təyyarənin qəzaya uğraması ilə bağlı açıqlama yayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumatda bildirilir ki, fevralın 3-də saat 17.25-də Hərbi Hava Qüvvələrinə məxsus "SU-25" hərbi təyyarəsi təlim zamanı qəzaya uğrayıb.

Təyyarənin qabaq şassisi açılmadığından ekipaj bir neçə dəfə yerə enmək üçün təlimata uyğun bütün tədbirlərdən istifadə edib. Lakin şassi yenə də işə düşməyib.

Bu müddət ərzində ekipaj komanda məntəqəsi ilə daimi əlaqədə olub. Sonda yerə enmək imkanı tükəndiyindən ekipaja təyyarəni yaşayış massivindən uzaqlaşdırıb katapult etmək əmri verilib. Təyyarə yaşayış massivindən 18 km aralıda boş əraziyə düşüb. Hadisənin səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə