Bu ayın sonuna kimi MSK-nın 2011-ci il üçün Tədbirlər Planı hazırlanacaq
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda ilk olaraq MSK-nın 2, 3, 4, 5, 6, 7, 8, 12, 13, 14, 15, 17, 18, 20, 21, 22, 25, 30 noyabr, 3 və 15 dekabr 2010-cu il tarixli iclas protokolları təsdiq edilib.
Daha sonra 70 saylı Masallı şəhər və 86 saylı İsmayıllı dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.
MSK sədri Məzahir Pənahov Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq ölkə üzrə məntəqə seçki komissiyaları tərəfindən seçici siyahılarının dəqiqləşdirilməsinə başlanıldığını bildirib. O, qeyd edib ki, bundan sonra dairə seçki komissiyaları öz hüdudlarında analoji prosesə başlayacaq və aprelin 5-dək siyahıları təsdiqləyərək MSK-ya göndərəcək. MSK sədri prosesin ümumilikdə mayın axırına kimi davam edəcəyini və seçici siyahılarının rəsmi sənəd kimi hazırlanacağını vurğulayıb. Seçici siyahıları yenidən dairə və məntəqə seçki komissiyalarına göndəriləcək. Bu ayın axırına kimi MSK-nın 2011-ci il üçün Tədbirlər Planı hazırlayacağını söyləyən M.Pənahov bildirib ki, plan maarifləndirmə xarakteri daşıyacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB