Cəmil Həsənli terrorçuları niyə müdafiə edir? TƏRS BAXIŞ

Cəmil Həsənli terrorçuları niyə müdafiə edir? TƏRS BAXIŞ

Və ya “Milli Şura”nın sədri vətəndaşlıq amilini terrorçuluqla necə səhv salır?

“Milli Şura”nın sədri Cəmil Həsənlinin zaman-zaman sərsəm iddialarla çıxış etməsi adi hala çevrilib. Belə ki, onun gah nala, gah mıxa döyəcləyərək, hakimiyyətə qarşı qarayaxma kampaniyaları aparması həm də nə qədər şərbaz, böhtançı olduğunu sübuta yetirir. Əbəs deyil ki, Azərbaycandan kənarda fəaliyyət göstərən qərəzli media qurumlarına müsahibələrində yalanın birini bir qəpikdən sırıyan C.Həsənli hakimiyyətə qarşı ittihamlarını o dərəcədə artırır ki, hətta ondan müsahibə alan xarici media qurumları belə, bu yalanlardan təəccüblənirlər.

Cəmil Həsənliyə görə, 30-a yaxın terrorçunun “silahı yerə qoy və təslim ol!” əmrinə tabe olmamalarına görə, cavab atəşi ilə susdurulmaları qanunsuz imiş?

Bu dəfə “Amerikanın səsi”nə müsahibə verən “Milli Şura”nın sədri öz yalanlarını Azərbaycan dövlətinin terrorla mübarizəsinə kölgə salaraq, xalqa və dövlətə qarşı silahlı müqavimət göstərmək cəhdində olmuş, qanunların tələblərinə uymayaraq, müxtəlif silahlı qruplaşmalarda fəaliyyət göstərmiş şəxslərin ölümləri üzərində sırımağa çalışıb. Onun sərsəmlikdən və boşboğazlıqdan doğan dar düşüncəsinə görə, demə Azərbaycanda terror küləyi əsdirməyə çalışan 30-a yaxın terrorçunun “silahı yerə qoy və təslim ol!” əmrinə tabe olmamalarına görə, cavab atəşi ilə susdurulmaları qanunsuz imiş və s. Daha dəqiq desək, fakt budur ki, nəinki Azərbaycanda, eləcə də istənilən ölkədə təhlükə saçan terrorçu hüquq-mühafizə orqanlarının təslim olmaq çağırışlarına, əmrinə cavab vermirsə, silahı ilə hüquq-istər vətəndaşların həyatına, istərsə də mühafizə orqanlarına qarşı hədəf götürürsə, həmin cinayətkar yerindəcə güllələnir. Belə olan halda C.Həsənlinin absurd iddiası, yəni guya 30-a yaxın insanın (terrorçunun) məhkəməsiz, istintaqsız güllələnməsi fikirləri məntiqsiz olduğu qədər, həm də gülüncdür.

ABŞ hüquq-mühafizə orqanları silah təhdidi olmasa da belə, yəni özlərinə qarı ən cüzi təhlükə hiss edərkən, qarşısındakı insanlara atəş açaraq onları qətlə yetirir

Bu zaman C.Həsənli elə müsahibə verdiyi “Amerikanın səsi”nə ABŞ-da bir ildə nə qədər silahlı cinayətkarların yerindəcə güllələnməsi faktı barədə niyə danışmayıb? Çünki digər ölkələrdən fərqli olaraq, ABŞ hüquq-mühafizə orqanları silah təhdidi olmasa da belə, yəni özlərinə qarı ən cüzi təhlükə hiss edərkən, qarşısındakı insanlara atəş açaraq onları qətlə yetirir. Görəsən, qoca və ağlını itirmiş professor yalan iddialarını danışarkən, bu barədə düşünübmü? Əlbəttə ki, yox. Çünki bunu desə zatən “Amerikanın səsi” həmin fikirləri ictimailəşdirməzdi, yaxud C.Həsənli ilə müsahibəsini yarıda qoyardı. Belə bir sərsəm iddia Həsənlinin dünya görüşünün olmadığını, təcrübəsiz və naşı siyasətbaz olduğunu kifayət qədər isbatlayır.

Yeri gəlmişkən, o da bəllidir ki, bu gün Azərbaycan xalqı Ermənistanın təcavüzkar və işğalçılıq siyasətindən əziyyət çəkir, işğal nəticəsində 1 milyondan çox vətəndaşımız doğma yurd-yuvalarından məhrum olublar, onların hüquqları pozulub, xüsusilə, Ermənistanla yanaşı, Qarabağdakı terrorçu rejim yüzlərlə insanlarımıza qarşı terror siyasəti yürüdüb, onları amansızlıqla qətlə yetirib. Görəsən, C.Həsənli “Amerikanın səsi”nə bu barədə niyə danışmayıb?

Cəmil Həsənli Qarabağda öldürülmüş terrorçuları da “siyahısına” əlavə edəcəkmi?

Yaxud, bütün dünya Qarabağın Azərbaycanın ərazisi olduğunu qəbul edir və oradakı ermənilər də Azərbaycan vətəndaşı hesab olunurlar və əgər separatçı ermənilər işğal olunmuş ərazilərimizdən azərbaycanlılara qarşı atəş açırlarsa, mülki vətəndaşlarımızı, qadın və qocalarımızı, uşaqlarımızı, torpaq sahələrində çalışan zəhmətkeş insanlarımızı terrorizə edirlərsə və bunun müqabilində Azərbaycan əsgəri terrorçulara cavab atəşi açaraq, onları məhv edirsə, demək bu doğru addım hesab olunan bilməz?! Əgər C.Həsəni belə dar düşüncəyə sahibdirsə, onda iki ildə 30-a qədər terrorçunun əmrə tabe olmamalarına görə yerindəcə güllələnməsi sayına Qarabağdakı erməni terrorçularının da sayını əlavə etsin. Axı onlar da Azərbaycan vətəndaşlarıdırlar! Bu, həm də onun “nə qədər say çox olsa, bizim xeyrimizədir” tipli axmaq (!) ideyasına necə deyərlər, “plyus” olar, sabah-birigün də aparıb qoyar qərəzli insan haqları təşkilatlarının qabağına və bundan qrantlar qazanar. Bax, budur belələrinin xisləti – öz mənfəətləri üçün terrorçuları “vətəndaş” amili ilə dəyişib, qara-qışqırıq salmaq, həyasızlıq etmək ənənələri!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə