Ermənistanda qazın qiymətini kim qaldırıb? Kreml, yoxsa "Qazprom"?
“Bizim, hakimiyyətə yaxın mənbəmiz Ermənistanla Rusiya arasında qaza qoyulan qiymət tarifi ətrafında necə danışıqlar aparıldığından danışıb. Danışıqlar prosesi çox maraqlı olub”. SİA xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” qəzeti yazıb. Belə ki, hökumətdə qazın qiymətinin artması barədə qərarının hələ də kim və hansı qurum tərəfindən verildiyi məlum deyil.
“Vitse-prezident Mqer Qriqoryan “Qazprom”un nümayəndələri ilə görüşüb, ona başa salıblar ki, qazın qiyməti siyasi məsələdir və Kremllə hesablaşmaq lazımdır. O, Kremlə getdi və orada da dedilər ki, bu iqtisadi məsələdir və “Qazprom”la danışıqlara gedilməlidir. Nəticədə hökumət hələ də bilmir ki, qazın qiymətini kim və hara qaldırıb”, “Jamanak” yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB