Bu gün "İRƏLİ" Gənclər Mərkəzinin açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, açılış mərasimində Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, millət vəkili Ceyhun Osmanlı, müxtəlif biznes, media və digər sektorları təmsil edən qonaqlar iştirak edib.
Tədbirdən öncə qonaqlar yeni yaradılan mərkəzlə tanış olub, müxtəlif otaqlara baxış keçiriblər. Baxışdan sonra "İRƏLİ" İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı yeni mərkəz barədə ətraflı məlumat verib. O bildirib ki, birliyin fəaliyyəti günü-gündən genişlənir, ətrafında peşəkar üzvlərin sayı çoxalır. Onun sözlərinə görə, gənclər günü ərəfəsində "İRƏLİ" İctimai Birliyi paytaxtda və rayonlarda iri miqyaslı layihələrin həyata keçirilməsini planlaşdırır. C.Osmanlı qeyd edib ki, bu tədbirlər çərçivəsində ən mühümü çoxfunksiyalı gənclər mərkəzinin yaradılmasıdır: "Mərkəz Gənclər və İdman Nazirliyi, Atəşgah Sığorta və "hp" şirkətinin dəstəyi ilə təşkil olunub. Mərkəzin bütün texniki avadanlıqlarla təchizatı "hp" şirkəti tərəfindən həyata keçirilib. Çoxfunksiyalı, ümumi ərazisi min kvadrat metr olan "İRƏLİ" Gənclər Mərkəzi sırf gənclər üçün nəzərdə tutulub".
Tədbirin davamında çıxış edən gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov "İRƏLİ" İctimai Birliyinin gənclər siyasətində, gənclərin inkişafı sahəsindəki gördükləri işləri, həyata keçirdikləri layihələri çox yüksək qiymətləndirib. Onlar qeyd ediblər ki, birlik tərəfindən həyata keçirilən layihələr gəncləri qane edir və bu Azərbaycan gəncləri üçün çox vacibdir.
Tədbirin sonunda qonaqlar jurnalistləri və gəncləri maraqlandıran sualları cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB