Qənirə Paşayeva: “İranda yaşayan heç bir azərbaycanlı ermənilərlə əməkdaşlıq etməməlidir”

Qənirə Paşayeva: “İranda yaşayan heç bir azərbaycanlı ermənilərlə əməkdaşlıq etməməlidir”
İranda yaşayan azərbaycanlıları rəsmi Tehranın Azərbaycan əleyhinə apardığı siyasətə qarşı kütləvi etiraz etməyə çağırıram". SİA-nın verdiyi xəbərə görə, bu sözləri millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib. O bildirib ki, İranın bir çox rəsmi şəxslərinin Azərbaycanın daxili işlərinə qarışmaları artıq hamıya məlumdur. Onun sözlərinə görə, İranın Azərbaycan əleyhinə açıqlamalar verməsi Ermənistana dəstəyi daha da artırır. "Bütün soydaşlarımıza səslənirəm ki, bu ölkədə sizin qardaşlarınız, bacılarınız yaşayır. O ölkədə hansısa rəsmilərin Azərbaycan əleyhinə fəaliyyətlərinə, eyni zamanda, Ermənistana qarşı dəstək fəaliyyətinin artmasına imkan verməsinlər. Buna qarşı mübarizə aparsınlar. İranda yaşayan heç bir azərbaycanlı ermənilərlə əməkdaşlıq etməməlidir", -deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə