Masallıda 280 kq vaxtı ötmüş ərzaq məhsulları satışdan çıxarılıb

Masallıda 280 kq vaxtı ötmüş ərzaq məhsulları satışdan çıxarılıb

Masallı Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) tərəfindən ötən il ərzində rayonun 35 ticarət obyektində 17 çeşiddə 280 kq vaxtı keçmiş ərzaq məhsulları satışdan çıxarılıb. Bu barədə SİA-nın cənub bürosuna məlumatı rayon GEM-nin direktoru Kamal Vəkilov verib.

Onun sözlərinə görə, ötən dövrdə 65 nöqsan aşkar edilərək 27 cərimə protokolu tərtib edilib. Mərkəzin sanitar-gigiyena laboratoriyasında 299 çörək, 221 un və 222 duz nümunəsi müayinə edilib. 4 şikayət ərizəsi əsasında yoxlamalar aparılıb. Sanitariya normalarını pozduğuna görə 2 nəfər barəsində cərimə qərarları çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə