Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalq artisti, bəstəkar Arif Məlikovun vida mərasimində iştirak edirlər. SİA-nın məlumatına görə, vida mərasimi Bakı Musiqi Akademiyasında keçirilir.
Qeyd edək ki, Xalq artisti, görkəmli bəstəkar Arif Məlikov bu gün vəfat edib. Arif Məlikov Azərbaycan musiqi mədəniyyətində mühüm rol oynamış görkəmli şəxsiyyətlərdən biridir. O, müxtəlif janrlarda əsərlər - balet və simfoniyalar, monumental vokal-orkestr əsərləri, kamera-instrumental əsərlər, kino və dram tamaşalarına musiqi, romans və mahnılar, fortepiano silsilələri, operettalar müəllifidir.
Bəstəkarın "Məhəbbət əfsanəsi" baleti dünyanın əksər tanınmış teatrlarının səhnələrində tamaşaya qoyulub. Arif Məlikov 30 ildən artıq Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasına rəhbərlik edib, Bəstəkarlar İttifaqının idarə heyətinin üzvü olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB