Pompeo Qrenlandiya səfərini təxirə saldı

Pompeo Qrenlandiya səfərini təxirə saldı

ABŞ dövlət katibi Mayk Pompeo Qrenlandiyaya səfərini təxirə salaraq Vaşinqtona qayıdıb. SİA-nın "Reuters"-ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. "Dövlət katibi Mayk Pompeoya Vaşinqtonda ehtiyac duyulduğundan o, bu gün üçün Qrenlandiyaya planlaşdırdığı səfəri təxirə salacaq"- deyə departamentin sözçüsü Mortqan Ortaqus bildirib.

Qeyd edək ki, mayın 8-i Londonda səfərdə olan ABŞ dövlət katibinin bu gün Qrenlandiyaya səfəri gözlənilirdi.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə