Nursultan Nazarbayevin vəzifə səlahiyyətinin 2020-ci ilə qədər uzadılması təklifi rədd edildi

Nursultan Nazarbayevin vəzifə səlahiyyətinin 2020-ci ilə qədər uzadılması təklifi rədd edildi
Qazaxıstan Konstitusiya Şurası prezident Nursultan Nazarbayevin vəzifə səlahiyyətinin referendumla 2020-ci ilə qədər uzadılması təklifini rədd edib. SİA-nın xəbərinə görə, Qazaxıstanın Konstitusiya Şurasının başçısı İqor Roqov parlamentin Nazarbayevin vəzifə müddətini uzadacaq dəyişikliklə əlaqədar qəbul etdiyi qanunun konstitusiyaya zidd olduğunu açıqlayıb.

Qeyd edək ki, Qazaxıstanda Nazarbayevin vəzifə müddətinin 2020-ci ilə qədər uzadılması məqsədi ilə 27 dekabr -10 yanvar tarixlərində təşkil edilən imzatoplama kampaniyasında 5 milyon 500 min nəfər iştirak edib. Kampaniyadan sonra 44 senator və 106 millət vəkillindən ibarət olan ikiməclisli Qazaxıstan Parlamenti Nazarbayevin vəzifə müddətini uzadacaq konstitusiya dəyişikliyi ilə bağlı qanun qəbul edib. Yeni dəyişiklik Nazarbayevə "xalq başı" adının verilməsini və vəzifə müddətinin referendum yolu ilə uzadılmasını nəzərdə tuturdu. Dəyişiklikdə Qazaxıstanı təxminən 21 il idarə edən 70 yaşlı Nazarbayevin vəzifə müddətinin 2020-ci ilə qədər uzadılması öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə