"İslahatlar prosesi həyatımızın bütün sahələrinə yayılmaqdadır" AÇIQLAMA-ÖZƏL

"İslahatlar prosesi həyatımızın bütün sahələrinə yayılmaqdadır" AÇIQLAMA-ÖZƏL

"Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin son iclası öz tarixiliyinə və əhəmiyyətliliyinə görə daha çox seçilir və fərqlənir. Çünki 2018-ci ildən və yaşadığımız, ilk dörd ayını gerdə qoyduğumuz 2019-cu ildən Azərbaycan dövləti və xalqı öz həyatında, öz tarxində, müstəqilliyinin 27-28-ci ilində yeni mərhələ, yeni dövr yaşamaqdadır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

O bildirib ki, 1993-cü ilin məlum iyun hadisələrindən, Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra başlanan və son 15-16 ildə cənab prezidentin hakimiyyəti dövründə davam etdirilən inkişaf, müstəqil dövlətçilik xətti, siyasəti, islahatlar prosesi 2018-ci ildən, xüsusilə, 11 aprel seçkilərindən ötən bir il ərzində yeni məna, yeni məzmun daşımaqda, daha sürətli, daha yüksələn xətlə öz hədəflərinə doğru irəliləməkdədir. İslahatlar prosesi həyatımızın bütün sahələrinə, bütün nöqtələrinə işləməkdə və yayılmaqdadır.

Deputat söyləyib ki, ötən bir il və bu ilin ilk rübündə bütün sahələrdə islahatlar prosesinin yeni mərhələsinin, yeni dalğasının müsbət nəticələrini və töhfələrini görməkdəyik: "Elə bir sahə yoxdur ki, orada islahatlar, srtuktur, kadr islahatları, dəyişikliklər, yeniliklər baş verməsin. Hər gün yeni uğurların, yeni zəfərlərin şahidi olmaqdadyıq. Bunlar ölkə prezidentinin sədrliyi ilə keçirilən və müstəqil dövlətimizin tarixinə düşəcək 30 aprel iclasında da bir daha dilə gətirildi, nəzərə, diqqətə çatdırıldı. Orada səslənən fikirlər, rəqəmlər hamısı real, əsaslandırılmış fikirlər, rəqəmlər idi. Yəni, adi, quru rəqəmlər, fikirlər deyildi. Hər bir rəqəmin, hər bir söylənilən fikrin altında görülmüş işlər, həyata keçirilmiş ölcüyəgəlməz müsbət addımlar, yeniliklər dayanırdı. Heç təsadüfi deyil ki, cənab prezident özü də çıxışında ötən dövrə nəzər salaraq, hələ bu ilin yanvar ayında 2018-ci ilin yekunlarını müzakirə edərkən, 2019-cu ilin də ölkəmiz üçün uğurlu il olacağı ilə bağlı fikirlərini xatırlatdı".

E.Səlimov vurğulayıb ki, iclasda ən maraqlı və ən mühüm məqamlardan biri islahatların davamlı xarakter daşıyacağı, ona alternativin olmayacağı barədə səsləndirilən fikirlər idi: "Yəni, Azərbaycanda islahlatlar prosesinin yeni məzmunda və yeni keyfiyyətdə həyata keçirilməsinin təşəbbüskarı və icraçısı olan cənab prezidenti 2003-cü ildən indiyədək verdiyi vədlərin, söylədiyi fikirlərin bir daha üzərində qaldığını, Azərbaycan vətəndaşı və dövləti naminə hər zaman sözünü tutduğunu, vədlərinə əməl etdiyinin gözlər özünə sərmiş oldu. Bu baxımdan hesab edirəm və qəti şəkildə əminəm ki, növbəti rüblərdə, növbəti mərhələlərdə də daha böyük uğurların, nailiyyətlərin şahidi olacağıq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə