Sandro Teti: "Azərbaycan mədəniyyətlərin qovuşduğu məkandır" RƏY-ÖZƏL
"Artıq ikinci dəfədir ki," Bakı prosesi"nin şahidi oluram.Diplomatların, mədəniyyət xadimlərinin, ziyalıların, din xadimlərinin, iştirakı ilə bu cür forumlar davamlı və tez-tez keçirilməlidir. Çünki belə forumlar çox faydalıdır". Bu fikirləri SİA-ya açıqlamasında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun İtaliyalı iştirakçısı politoloq Sandro Teti deyib.
O bildirib ki, iki gün davam edən Forum böyük təəssüratlarla yadda qaldı: "Çünki foruma bir çox ölkələrin yüksək səviyyəli nümayəndələri qatılaraq forumda geniş və mühüm müzakirələr ətrafında fikir mübadiləsi apardılar. Hesab edirəm ki, müzakirə olunan məsələlər çox faydalı olacaq".
Azərbaycanın Qərb və Şərqi birləşdirən mədəniyyət qovşağı olduğunu deyən İtaliyalı politoloq qeyd edib ki, bu baxımdan Forumun Azərbaycanda keçirilməsi çox mühümdür: " Forumda ikinci dəfə iştirak etməyimə baxmayaraq Azərbaycanda dəfələrlə səfərdə olmuşam. Bakı ilə yanaşı bölgələrdə, eləcə də Naxçıvanda olmuşam. Deyə bilərəm ki, Bakı ildən-ilə daha da gözəlləşir. Hər gəldiyində yeni parkların, binaların tikildiyini şahidi oluram. Şəhəriniz çox təmizdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB